Bu seçimin məğlubu yoxdur, qazanan Türkiyə dövlətidir - ÖZƏL

"Türkiyədə seçkilərə az vaxt qaldı. Bizlər də Azəri Türkləri olaraq bu seçkilərə çox önəm veririk. Nədən də olmasın, axi iki dövlət bir millətik". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Patiyası sədirinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, keçən seçkilərin nəticələrinə nəzər salaraq gördük ki, bir-birinə çox yaxın nəticə çıxdı: "Yəqin ki, yadınızdadır, 51,2%-48,8%-ə yaxın nəticə ilə yekunlaşmışdı. Bu isə  bu günkü seçkilərə bir mesaj idi. Həm də hörmətli AKP- çilər üçün bir mesaj idi. Amma o vaxtdan bu günümüzə zaman və dönəm dəyişib. İndi vəziyyət daha keşməkeşlidir. Bu günkü Türkiyə dünənki Türkiyədən daha güçlü, insanları daha proqmatikdir. Millət öz sözünü deyəcək. Bu seçimin məğlubu yoxdur, qazanan Türkiyə dövlətidir, Türkiyə xalqıdır!

Əlbətdə ki, hörmətli Ərdoğanın dünyada olan nüfuzu, xalqı arasındakı hörməti seçkinin qalibi olacağından xəbər verir.Mənim də əmi oğlanlarım, nəslimizdən xeyli qohum- əqrabalarım seçkidə iştirak hüququna malikdirlər.Çox istərdim tək Türkiyəni yox burda yaşayan xalqımızı, Borçalıda yaşayan döğmalarını da düşünsünlər. Bu seçimin məğlubu yoxdur, qazanan Türkiyə dövlətidir, Türkiyə xalqıdır bizlərik. Hələ yola davam. Çox işlərimiz yarımçıq qalmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31