ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazırdır - Derek Hoqan
17 Aprel 2023 20:34 SiyasətABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazırdır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31