Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək
17 Aprel 2023 12:56 SiyasətMilli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvüCavanşir Feyziyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün aprelin 18-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputatlarımız burada Tarix Muzeyində təşkil olunan fotosərgidə və Qırğızıstan parlamentində keçiriləcək elmi-praktik konfransda iştirak edəcəklər.
Səfər aprelin 21-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31