Azərbaycan dövlət bayrağının yandırılması düşünülmüş ssenaridir
15 Aprel 2023 11:32 Siyasət"İrevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan dövlət bayrağının yandırılması düşünlümüş senari hesab edirəm". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə, belə ucuz senarilər idmançılarımızı ruhdan sala bilməz: "Çempionatın açılış mərasimində İrevanda Azərbaycanın dövlət bayrağının monitorda işıqlandırılması və musiqi sədaları altında səhnəyə gətirilməsi müxtəlif formatlarda tarixi torpaqlarımıza qayıdışdır. Bu gün Ermənistan İrevanda Azərbaycan bayrağını yandırılmasına şərait yaratsa da yaxın gələcəkdə İrevan bayrağımız altına keçəcəkdir. İdmançılarımıza uğurlar arzulayıram. Qələbə bizimdir, bizim olacaq!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31