Bayrağımızı yandıran terrorçuya cinayət işi açılmalıdır

"İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub. Çünki bayrağı yandıran dığa - Aram Nikolyan həmin şounun stilistidir. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Millət vəkili qeyd edib ki, bu vandallıqdan sonra idmançılarımızın orada qalıb yarışmalarının düzgün olub-olmadığını uyğun qurumlar bilərlər, amma Aram Nikolyana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsi üzrə iş açılmalıdır: "Və bu terrorçu geni gəzdirən dığanın Beynəlxalq Dizaynerlər Assosiasiyasınından qovulması məsələsi qaldırmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31