Fransa səfirliyi əsgərimizin işgəncəyə məruz qalmasına niyə reaksiya vermir? - ÖZƏL

"Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "Twitter" hesabında Azərbaycan hərbçisinə qarşı zorakılığı qətiyyətlə pisləyib. Səfir həmin kadrları izləməyin dəhşətli olduğunu və beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftarın yolverilməz olduğunu yazıb. ABŞ-ın Azərbaycandakı səfirliyi də məlumat yayaraq Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahat olduğunu vurğulayıb. Bu cümlə Britaniya səfirinin açıqlaması qədər qətiyyətli olmasa da, hər halda səfir təyinatı uzanan ABŞ səfirliyinin məlum olaya reaksiyasız qalmadığını göstərib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan hərbçisinin zorakılığına Fransa səfirliyinin və səfirinin reaksiyasının necə olacağı maraqlıdır: "Səssiz qalmaması lazımdır. Bilirəm, səfirliklərin mətbuata məsul işçiləri sosial şəbəkələrdə yazılanları izləyir və bunun əsasında səfir və səfirin müşavirləri üçün hesabat hazırlayırlar. Bu gün də reaksiya verməyəcəksinizsə, britaniyalı baş diplomatın etirazına, ABŞ səfirliyinin narahatlığına şərik olmayacaqsınızsa, demək Azərbaycanla münasibətlərdə həmişə Böyük Britaniya və ABŞ-ın gerisində qalacaqsınız".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31