Biz düşmənin əsir düşən hərbçiləri vəhşicəsinə davrana bilmərik - ÖZƏL

"Əsir götürülən əsgərimizə edilən vəhşiliklərə bəlli beynəlxalq qurumların, Fransa başda olmaqla əksər Qərb dövlətlərinin reaksiyaları təbii ki, İranınkından fərqlənməyəcək.Yəni ya heç nə deyiləməyəcək, ya da dediklərindən bir şey anlaşılmayacaq". Bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Azərbaycana gəldikdə, tam əminəm ki, biz  bunu cavabsız qoymayacağıq: "Cavab həm hüquq müstəvisində, həm də onların anladıqları və tam haqq etdikləri şəkildə veriləcək. Aprelin 11-dəki təxribatlarının da heyfi hələ tam çıxılmayıb. Fəqət  biz düşmənin əsir düşən hərbçiləri ilə böyük və ləyaqətli bir millətin təmsilçiləri kimi əsla elə vəhşicəsinə davrana bilmərik. Döyüş tapşırığı yerinə yetirilərkən "zinvor"ları indiyədək olduğu kimi amansızlıqla məhv edilməli, əsir düşənlərlə isə beynəlxaq humanitar hüquq və Cenevrə konvensiyası çərçivəsində davranılmalıdır. Anlayıram, bu yanaşma indiki halda burada od püskürənlərin xoşuna gəlməyəcək, ancaq biz "like" üçün yox, dövlətimizin marağına nə uyğundursa, onu yazmalı, o cür hərəkət etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31