Azərbaycanla Qazaxıstan həm müttəfiq həm də strateji tərəfdaş olan ölkələrdir - ÖZƏL

"Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq İman Abduyev səsləndirib. O bildirib ki, bu baxımdan dövlət başçısının Qazaxıstana səfəri mühüm əhəmiyyət daşıyırdı: "Azərbaycanla Qazaxıstan həm müttəfiq həm də strateji tərəfdaş olan ölkələrdir. Bunun nəticəsidir ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında  illər ərzində heç bir problem yaşanmayıb, eyni zamanda Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə öz aralarında razılığa gəlməyi bacarmışlar.     

Xüsusilə qeyd edək ki, Qazaxıstan Qarabağ münaqişəsində də hər zaman Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləyərək beynəlxalq münasibətlər sistemində də dost və qardaş ölkə olduğunu sübuta yetirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31