Tehranın Türkiyədəki seçkilərdə hansı maraqları var? - ÖZƏL

"Qəribədir, bəlli səbəblərdən əslində heç qəribə də deyil, Tehran rejimi Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi Türkiyədəki seçkiyə yanaşmada da Fransa və digər Qərb dövlətləri ilə sinxron hərəkət edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, İranın Ankaradakı səfiri Muhammad Farazmandın iftar süfrəsində Səadət Partiyasının lideri Temel Karamollaoğlundan Kılıçdaroğlunu dəstəkləmələrini istəməsi haqda xəbər məhz  belə bir reallığı ortaya qoyur:  "Yeni Şafak" qəzeti rəsmi Tehranın Kılıçdaroğlu seçkidə qələbə çaldığı təqdirdə Azərbaycan üzərində təzyiqi artıra biləcəklərini düşündüyünü, onun dəstəklənilməsi səbəblərindən birinin də elə bu olduğunu yazır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31