Sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlanılmalıdır - Çavuşoğlu

Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Türk" kanalına müsahibəsində bildirib.

"Ermənistan-Azərbaycan arasında iki gün öncə təəssüfki yenə bir gərginlik yaşandı. Ermənistanın fərqli yollarla sızmağa, silah göndərməyə çalışdığı müşahidə edilir. Bu gərginlikləri kənara qoyub əhatəli sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizinin inşasına başlamaq lazımdır. Bu Ermənistanın da xeyrinədir. İran vasitəsilə Azərbaycandan Naxçıvana bir yolun qurulması fikir var və biz bunu da dəstəkləyirik, çünki hər zaman alternativlər lazımdır", - deyə M. Çavuşoğlu əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31