Azərbaycan Paşinyandan milyardlarla dollarlıq silah aldı
13 Aprel 2023 23:51 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan məğlubiyyətdə hərbçiləri günahlandırır, lakin ordunun başını özü kəsib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.
"Əgər ətrafda hamı - hərbçi, komandir, Ermənistanda bütün kişilər günahkardırsa, o özü nə edib? Nə üçün komandirləri dəyişməyib, əksinə, ordunun başını kəsdi", - o bildirib.
Sərkisyanın sözlərinə görə, Tovuz döyüşləri zamanı (2020, iyul) Paşinyan sinəsinə döyərək özünü qalib və ali baş komandan adlandırıb.
Eks-prezident, həmçinin, Paşinyanın erməni hərbçilərinin Azərbaycana qiyməti milyardlarla dollarla ölçülən silah "qoyub getməsi" açıqlamasına da münasibət bildirib. O bildirib ki, Azərbaycan erməni hərbçilərdən deyil, Paşinyanın özündən o silahları alıb.