Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə qarşılıqlı dəstək məsələsində bir nümunədir
14 Aprel 2023 10:09 SiyasətAzərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə yaratdığı yeni situasiya və reallıqlar,eləcə də son illər baş verən hadisə,proses və kataklizmlərindən qaynaqlanan yeni geosiyasi reallıqlar Türk dövlətlərinin tərəfdaşlığının daha dərin məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib.Son illər bu istiqamətdə həm strateji məzmunlu vacib səndlərin qəbul edilməsi,hüquqi təminatlar,həm də təşkilatı tədbirlər və sair baxımından xeyli məqsədyönlü iş görülüb.Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər arasında əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Millət vəkili Əli Məsimli qeyd edib ki, bu, özünü Azərbaycan prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri zamanı yüksək səviyyədə göstərdi. Bu səfərin əsas qayəsi ondan ibarətdir ki, Qazaxıstanla müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk.Bu kontekstdə Qazaxıstan və Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyin əsas məsələlərini ətraflı müzakirə etdilər.Tərəflər siyasi, ticari-iqtisadi, nəqliyyat, tranzit, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi yer verdilər. Ən yüksək səviyyədə danışıqların əsas mövzularından biri Qazaxıstan neftinin bir hissəssinin Azərbaycana tədarük edilməsi və Qərb bazarlarına çıxarılmasının təmin edilməsi məsələsi oldu. Ekspertlər hesab edirlər ki, neftin transxəzər marşrutu ilə nəqli, əmtəə axınının da bu istiqamətə yönləndirilməsi üçün ən perspektivli variantdır. Qazaxıstan da öz məhsullarının getdikcə daha çox hissəsinin Azərbaycan üzərindən ixracına maraq göstərir.Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təkcə Qazaxıstan üçün deyil,ümumiyyətlə perspektivli marşrut kimi prioritetə çevrilir:
"Görüşlər zamanı Azərbaycanla Qazaxıstan arasında digər sahələr üzrə də əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilib və bildirilib ki, reallaşdırılması lazım olan əməkdaşlıq üçün daha böyük potensialı var.Yeni reallıqlardan çıxış edərək və Azərbaycan və Qazaxıstanın malik olduğu böyük potensialı nəzərə alaraq demək olar ki, bu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində ticari-iqtisadi sahədə mövcud potensiallardan daha dolğun istfadə edilməsi istiqmətində səyləri artırmaqla yaxın perspektivdə ticarət dövriyyəsini 2022-ci ildəki 500 milyon dolların altındakı səviyyədən 1 milyard dollara və ondan da yüksəyə qaldırmağa nail olmaq olar. Ölkələrimizin tranzit imkanlarından daha geniş miqyasda istifadə edilməsi ilə, xüsusilə də "Orta dəhliz"in artan rolundan daha səmərəli istifadə etməklə tranzit yüklərin həcmini dəfələrlə artırmaq olar.Qarşılıqlı etimada əsalanan bu cür iş birliyi nəticəsində ortya qoyulan Orta Dəhlizin önəmi artdıqca onun əhatə etdiyi regionların da etibarlı, sabit və invüstisiyalar qoymaq üçün əlverişli məkan kimi də əhəmiyyəti artıracaqdır.Eyni zamanda Qazaxıstan-Azərbaycan danışıqlarında o da vurğuland ki, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətləri təkcə iki ölkənin deyil,həm də türk dünyasının bütün coğrafiyanın maraqlarını ifadə edir".
Milli Məclisin üzvü Məşhur Məmmədov hesab edir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm töhfə verdi: "Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan nneft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri və Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.Qazaxıstanla qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər".
Millət vəkili bildirib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə qarşılıqlı dəstək məsələsində də nümunədir: "Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Prezident İlham Əliyevin Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Türk dövlətlərinin birinin böyük şəhərində Heydər Əliyevin adına küçənin açılışı hər birimizin qəlbini qürurlandırdı. Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir. Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini görürük. Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq".
Alim