“Bu, Azərbaycanın ciddi aktor rolunu oynamasına və ali hədəflərə nail olmasına gətirib çıxaracaq”

 

"Mərkəzi Asiya ilə  əlaqələrin dinamik inkişafı Azərbaycanın xarici siyasətinin prioritetinin təşkil edir. Bunun bir sıra mühüm səbəbləri var. Birincisi, Mərkəzi Asiya ölkələri türkdilli və müsəlman  dövlətləridir. Bu baxımdan həmin ölkələri Azərbaycanla dil, din və tarixi, mədəni köklər bir-birinə bağlayır. Odur ki, bu səfər təkcə ikitərəfli münasibətlərin deyil, ümumilikdə türkdilli ölkələr arasında  əlaqələrin daha da dərinləşməsinə və sıx inteqrasiyasına öz töhfəsini verir.
İkincisi, Mərkəzi Asiya Azərbaycanla qonşu və Xəzər hövzəsi və ətrafında yerləşən ölkələr olduğundan  bu ölkələrlə  siyasi, ticari-iqtisadi, turizm, mədəni  sahədə sıx qonşuluq münasibətləri əsasında qurulan əməkdaşlıq  bütün tərəflərin marağına xidmət edir. Üçüncüsü, yeni şəkillənən dünyada  logistik və enerji dəhlizləri mühüm rola malikdir. O baxımdan Şərqlə Qərbi birləşdirən  Mərkəzi Asiya ilə Cənubi Qafqaz üzərində keçən Orta dəhliz çərçivəsində əməkdşalıq sıx əlaqələrin qurulmasını  zəruri edir. Hansı ki, bu də bütün tərəflərin  inkişafı və dünya bazarına çıxması baxımdan bütün tərəflərinə maraqlarına uyğundur.  Bir sözlə bur səfərlər və əlaqələrin dərinləşməsi Orta dəhliz boyunca yerləşən ölkələrin xalqlarının rufah ahlının yüksəlməsinə xidmət edir. Azərbaycan da bu  istiqamətdə öz üzərinə düşən missiyanı layiqincə yerinə yetriməkdədir". Olaylar xəbər verir ki, bunu açıqlamasında deputat İltizam Yusifov deyib
Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Prezidentinin istər aprelin 10-da Qazaxıstana, istərsə də aprelin 5-də Tacikistana  səfəri çox mühüm tarixi əəhmiyyət  kəsb edir. "Bu səfərlər ölkələrimiz arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə yönəlib.  Səfər eyni zamanda regional nəqliyyat-logistik əməkdşalığın daha da dərinləşməsinə və inkişafı baxımdan  xüsusi rol oynayır. Çünki qlobal aləmdə baş verən proseslər Orta Dəhliz boyunca yerləşən ölkələr arasında  əlaqələrini inkişafını diktə edir", - o qeyd edib.
Deputat əlavə edib ki, Azərabycan Prezidentinin bu səfərləri qısa zamanda öz bəhrəsini verəcək: "Səfər zamanı aparılan danışıqlarda əldə edilən konkret nəticələr bunu deməyə əsas verir. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın  nə qədər perspektivli olduğunu ortaya qoyur. Bu isə öz  növbəsində bölgəyə əlavə investisiyaların cəlb olunması, regional təhlükəsizliyin, sabitliyin təmin olunması baxımdan da mühüm rol oynayır. Ticari-iqtisadi baxımdan isə əməkdşalığın inkişaf etdirilməsi  milyardlarla dollar həcmində əmtəə dövriyyəsi deməkdir ki, bundan da hamı qazanacaq. Baxmayaraq ki, ölkələr arasında isti münasibətlər mövcud olasa da, lakin  ticarət dövriyyəsi bu əməkdaşlığın ruhuna uyğun deyil və mövcud potensiladan qat-qat aşağıdır. Bunu artırmaq üçünsə geniş imkanlar mövcuddur. Yəni  məzmunda əməkdaşlığın dərinləşməsi və inkişaf etməsi ölkələr arasındakı mövcud ticarət dövriyyəsinin indikindən qat-qat artıq olmasına gətirib çıxaracaq.
Bütün bunlar da nəticə etibarı ilə Azərbaycanın  beynəlxalq aləmdəki nufuzunun artmasına, ciddi aktor kimi rolunu davam etdirməsinə və qarşısında duran ali hədəflərə nail olmasına gətirib çıxaracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31