Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla məsləhətləşmələr edərək həyata keçirilir - Çavuşoğlu
10 Aprel 2023 21:51 SiyasətTürkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin imzalanması üçün bütün lazımi dəstəyi göstərir.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına toxunan nazir qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşmasının hər bir mərhələsi Azərbaycanla məsləhətləşmələr əsasında həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31