Qazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir
10 Aprel 2023 21:00 SiyasətQazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib.
O bildirib ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib. "Biz ixrac-idxal malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılığa gəldik", - deyə Tokayev vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31