Tokayev: Ortaq səylərimiz sayəsində Qazaxıstan-Azərbaycan münasibətləri daha açıq xarakter kəsb edib
10 Aprel 2023 20:49 SiyasətBizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında səsləndirib.
Yarım ildən bir qədər çox əvvəl imzalanan sənədlərin, bütün bu razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini vurğulayan Kasım-Jomart Tokayev deyib: "Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31