Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçiriləcək
10 Aprel 2023 19:23 SiyasətHumanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Astanada keçirilən geniş tərkibdə görüşdə bildirib.
Dövlətimizin başçısı bildirib ki, bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31