İlham Əliyev: Xalqlarımız arasında münasibətlər həmişə qardaşlar arasındakı kimi olub
10 Aprel 2023 19:21 SiyasətXalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Astanada keçirilən geniş tərkibdə görüşdə bildirib.
"Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var", - deyə dövlətimizin başçısı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31