İlham Əliyev: Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini həmişə hiss etmişik
10 Aprel 2023 18:33 SiyasətBiz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31