Tokayev: Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir
10 Aprel 2023 18:28 SiyasətAzərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.
"Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb", - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31