Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb.

Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

 

Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31