Prezidentin Tacikistan səfəri iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcək
6 Aprel 2023 15:54 SiyasətAzərbaycan bütün yaxın-uzaq ölkələrlə qarşılıqlı-faydalı əməkdaşlıq qurmağa, ikitərəfli münasibətləri inkişaf etdirməyə üstünlük verir. Bu sırada Orta Asiya regionu rəsmi Bakı üçün xüsusi maraq kəsb edir. Düzdür, sözügedən coğrafiyaya daxil olan ölkələrin əksəriyyəti ilə Bakının həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı daxilində sağlam, yüksək səviyyəli əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq hər ötən il daha da irəli gedir, yeni-yeni perspektiv imkanlar ortaya qoyur.
Orta Asiya regionuna daxil olan respublikalardan biri də Tacikistandır ki, ancaq bu ölkə ilə əlaqələrin o qədər də istənilən səviyyədə inkişaf etdiyini spyləmək bir qəsər çətin olar. Düzdür, siyasi anlamda Düşənbə ilə Bakı arasında normal əməkdaşlıq mühiti mövcuddur. Dövlət başçıları səviyyəsindən tutmuş ayrı-ayrı nazirlik və qurumlara qədər hamısı Tacikistanla Azərbaycan arasındaçox gözəl əməkdaşlıq mühiti var. Lakin təəssüflər olsun ki, iqtisadi sahədə mövcud olan vəziyyət ölkələrinimkanları ilə uyğunlaşmır. Mövcud siyasi əlaqələr iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət edir. Elə iqtisadçı Eldəniz Əmirov da belə düşünür. Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin miqdarının aşağı olduğunu deyən iqtisadçı bildirib ki, Azərbaycan xarici ticarətində olan hər 100 manatın cəmi 1 qəpiyi Tacikstanla olan dövriyyədir:
"Daha dəqiq desək 2022-ci ildə iki ölkə arasında olan ticarət dövriyyəsi cəmi 6,5 milyon dollarlıq olub. Ticarət dövriyyəsi 56 milyard 212 milyon dollar olan Azərbaycan üçün 6,5 milyon dollar cəmi 0,01% deməkdir. Yəni ki, hər 100 manatdan təxminən 1 qəpik".
Bəs, görəsən iki ölkə arasında potensial yalnız budur? Eldəniz Əmirov birmənalı şəkildə yox deyir: "Buna görə də Cənab Prezidentin bu ölkəyə dövlət səfəri təkcə Azərbaycanın multivektoral siyasəti kimi deyil, eyni zamanda mövcud potensialları silkələyib prespektivləri gercəyə çevirmək prosesi kimi qiymətləndirilə bilər!".
Eldəniz Əmirovun sözlərinə görə, Tacikstan Orta Asiya ölkələrindən olsa da Azərbaycanla münasibətlərdə Türkdilli dövlətlərlə birgə qurulan platformaya daxil deyil: "Yəni Mərkəzi Asiyanın bütün ölkələrilə münasibətləri yüksəldib Tacikstanı kənarda saxlanılması gözlənilən deyildi. Düşünürəm ki, 15-ə yaxın vacib sənədlərin imzalandığı bu səfər Tacikstanın özü üçün də çox əhəmiyyətlidir. Ölkə kənd təsərrüfatı nisbətən zəif inkişaf edib. Torpaqların 80 faizdən çoxunun irriqasiyaya ehtiyacı var. Təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir). Amma digər tərəfdən də hidroenerji potensialında zəngin ölkə hesab edilir və dünyada səkkizinci yerdədir. Hidroenerji potensialının reallaşdırılmasında Azərbaycan təcrübəsində yararlanma fürsətləri olacaqdır".
İqtisadçı deyib ki, bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən ticari, nəqliyyat-logistika, investisiya və s. istiqamətlərdə perspektivlər açsa da, amma nəqliyyat-logistika istiqamətinin xüsusu üstünlüyünün olacağını düşünün: "Çünki, Asiya və Avropa Biləşdirən Şərq-Qərb dəhlizinin 3 qolundan heç biri, yəni nə yuxarı, nə orta və də aşağı dəhlizlərin heç biri Tacikstandan keçmir. Amma yuxarı dəhliz istisna olmaqla, aşağı və yuxarı dəhlizlərə Tacikstanın inteqrasiya olunma imkanları vardı. Olduqca geniş və perspektiv faydalı qazıntı yataqları və xammal iqtisadiyyatı bu dəhlizləri Tacikstan üçün əhəmiyyətli edir və təbii ki, bunun Azərbaycan üçün bir başa müsbət təsirləri və ya tranzit ölkə olaraq faydaları olacaqdır".
Millət vəkili Sahib Alıyev isə deyib ki, Azərbaycan və Tacikistan müstəqilliklərinin ilk illərində İranın dəstəyinə ən çox ümid və bəlli səbəbdən haqq edirdilər: "Ancaq haqq qaldı öz yerində, amma ümidlər doğrulmadı. İran Azərbaycan işğalla üzləşərkən buna nəinki laqeyd yanaşdı, hətta Ermənistana öz yardımlarını da əsirgəmədi. Eyni zamanda davamlı olaraq ölkəmizin iç işlərinə də qarışmağa çalışdı. Tacikistanda da öncə ora müəyyən yatırım qoysa da, sonra eyni siyasəti yeritməyə başladı. Ümumiyyətlə, İran sözü gedən ölkəni vassalına çevirməyə can atdı, nəticədə dil və mədəniyyət birliyinə dayanan əməkdaşlıq sarsıldı".
Deputat hesab edir ki, Azərbaycan indiki imkanlarıyla Tacikistan iqtisadiyyatı üçün İrandan daha mühüm rol oynaya bilər: "Xatırlatsaq ki, əlaqələrin ən yüksək səviyyədə olduğu vaxtlarda Tacikistanla İran arasında ticarət dövriyyəsi 300 milyon dolları keçməyib, görürük ki, bu mümkündür. Azərbaycan Prezidentinin Tacikistana səfəri göstərdi ki, iki ölkə arasında nəqliyyat-loqistika, investisiya və sənaye kooperasiyası sahəsində tezliklə konkret addımlar atılacaq. Taciksitan kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, metalların emalı özün neft-qaz yataqlarının istismarında da Azərbaycan şirkətlərinin yer almasını istəyir. Və belə görünür ki, bu istək təmin ediləcək".
Sahib Alıyevin sözlərinə görə, cənab İlham Əliyevin Tacikistana bu səfərininin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verməklə yanaşı, Azərbaycanın Mərkəzi Asiya Dövlətləri Birliyinə göstərdiyi marağın təmin edilməsi yönündə bəzi əngəlləri də aradan qaldıracaq.
Süleyman