Azərbaycanın nəzarəti bərpa etməsi Rusiyanın maraqlarına xidmət etmir - ÖZƏL

"Azərbaycan Ermənistanın Qarabağda erməni icması ilə bütün hərbi loqistik əlaqələrinə son qoyur. Bu təhlükəsizliyimin təmini və Ermənistanla sülh müqaviləsinin bağlanması yolunda əngəlləri aradan qaldırır. Növbəti dəfə Ermənistanla sərhəddə Laçın yolunda NBM qurulacaq". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  bununla da Laçın dəhlizinin statusu ləğv edilir və adi magistral yol funksiyasına malik olacaq. Necəki, Ermənistan Naxçıvanla Azərbaycan arasında adı yoldan istifadə qaydalarını tətbiq edir: "Azərbaycanın nəzarəti bərpa etməsi Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Rusiya çalışır ki, Ermənistanla sərhəddə KTMT qüvvələrini yerləşdirsin. Qarabağ iqtisadi rayonunda yaşayan erməni icması silahdan imtina etməli və Azərbaycan idarəçiliyini qəbul etmək məcburiyyətində qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31