Bu faciə bizim qan yaddaşımıza yazılıb - ÖZƏL

"Ermənilərin soyqırım siyasəti Azərbaycan xalqına olmazın fəlakətlər gətirib. Tarixi Azərbaycan torpağı olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1905-1918-ci illərdə azərbaycanlıları qorxutmaq və qovmaq məqsədi ilə törədilən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Aynur Quliyeva səsləndirib. O bildirib ki, 1988-ci ildə isə ermənilər xarici havadarlarının dəstəyi ilə Qarabağı azərbaycanlılardan güclə qoparmaq məqsədilə yeni hücum dalğasına başladılar: "Hərbi münaqişə nəticəsində doğma Qarabağ və ona bitişik ərazidə yerləşən Azərbaycan rayonları erməni birləşmələri tərəfindən işğal edilmişdi".
Aynur Quliyeva qeyd edib ki, 31 Mart soyqırımı xalqımızın böyük faciəsidir: "Bu faciə də bizim qan yaddaşımıza yazılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü  ilə 1998-ci ildən başlayaraq hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Biz bu gün qürur hissi ilə söyləyirik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin peşəkar rəhbərliyi və müzəffər Ordumuzun rəşadəti hesabına 44 günlük Vətən müharibəsində erməni təcavüzkarlarını məhv edərək,bütün şəhidlərimizin ruhunu şad edib, onların qisasını aldıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31