Böyük Qayıdışın bir parçası - ÖZƏL

"2020- ci ildən sonra Qarabağda görülən işlər sırasına Zəngilan və Fizuli Beynəlxalq Hava Limanı, Güləbird Su- Elektrik stansiyası, Ağdam Sənaye Parkı və şəhərin tikintisi, Ağalıda "Ağıllı kənd", Şuşa şəhərinin, paralel olaraq da Laçın və Kəlbəcər rayonlarının bərpası istiqamətində görülən işlər, Suqovuşan və Talış kəndə çəkilən yol, ən son olaraq da  cənab Prezidentin iştirakı ilə Talış kəndə  yenidənqurmadan sonra məcburi köçkünlərin qayıtması Böyük Qayıdışın bir parçasıdır". Bu fikirləri "OLAYLAR" AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, həmçinin ölkə rəhbəri və birinci vitse-prezident Mehriban xanım tərəfindən təməli qoyulan Fizuli, Hadrud və Şuşa Rəqamsal Yarımstansiyası, İdarəetmə Mərkəzləri yenidən qurma işlərini sürətləndirəcək: "Bütün bu işlərin hər biri planlı şəkildə və çox çətin bir şəraitdə həyata keçirilir. . Çünki düşmən işğal zamanı Qarabağı adətən mina tarlasına çevirib və bu situasiya özlüyündə bizim üçün ciddi əngəllər yaradır. Yəni minalanmış ərazilər və qarşı tərəfin mina xəritələrini əksik təqdim etməsi görüləcək işlərin sürətinə mənfi təsir göstərir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31