Əsrlər boyu Heydər Əliyev siyasəti, siyasi irsi öyrəniləcək, tədqiq ediləcək - ÖZƏL
30 Mart 2023 11:51 Siyasət"Hələ əsrlər boyu Heydər Əliyev şəxsiyyəti, siyasəti, siyasi irsi və dünyagörüşü öyrəniləcək, tədqiq ediləcək. Gələcək nəsillər isə öyrəndiklərindən səmərəli istifadə edərək böyük uğurlara imza atacaqlar". Bu fikirləri "OLAYLAR"-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, bu il hər birimiz üçün əziz və doğma ildir:
"Çünki, xalqımızın xilaskarı, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq. Azərbaycan gəncliyi bu fürsətdən istifadə edərək dünya şöhrətli siyasətçi, ictimai-siyasi xadim, əvəzolunmaz şəxsiyyət Heydər Əliyev haqqında geniş araşdırmalar apara və məqalələr yaza bilərlər. Sözsüz bu onların şəxsi inkişafına güclü təsir göstərəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31