Azərbaycanda islahatlar davamlı olaraq həyata keçirilir - ÖZƏL
9 Mart 2023 10:46 Siyasət"Azərbaycanın gücü böyükdür və daha da güclü olmaq üçün siyasi iradə nümayiş etdirir, beynəlxalq əməkdaşlığı daha da genişləndirir. Azərbaycan demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü, müasir dövlətdir. Bu istiqamətdə yaxşı nəticələr əldə olunub. Buna baxmayaraq dövlətimiz səylərini davam etdir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rüstəmova səsləndirib. O bildirib ki, Azərbaycanda islahatlar davamlı olaraq həyata keçirilir:
"Hazırda siyasi və iqtisadi sahələrdı aparılan islahatlar həm xalqımızın, həm dövlətimizin maraqlarına xidmət edir. Bütün bunlarla yanaşı, çox ciddi struktur və kadr islahatları aparılıb. Cənab Prezident çıxşında deyib ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir: "Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır".