Spikerdən ombudsmana təklif

"Bildyiniz kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu həyatını itirib, yaralanlar var. Bu məqamda mənim Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) təklifim var". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. "Hesab edirəm ki, bu ciddi insan haqlarının pozuntusunu beynəlxalq təşkilatlarda çox ciddi şəkildə qaldıracaqsınız və onların diqqətinə çatdıracaqsınız. Sizə uğurlar diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31