Psixiatriya sahəsində vətəndaşlara yardım ehtiyacı güclənib - Komitə sədri

Dərman vasitələri ilə təminatla bağlı şikayətlərin sayı artıb.

“Son illər hüquqlarını qoruyan insanların sayı artıb” - Komitə sədri

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. "Psixiatriya sahəsində vətəndaşlara yardım ehtiyacı güclənib. Xərçəng xəstəliyinin statistik artımı vətəndaşların bahalı dərmanlara və yüksək texnologiyaya əlçatanlığını dərinləşdirir, yetərli çarpayı sayı və peşəkar həkim problemi, sağlamlıq hüququ ölkəmiz üçün əsas yerlərdən birini tutur. İcbari tibbi sığortanı əldə edən insanların sayı haqqında obyektiv hesabatlara ehtiyac var",- deyə Zahid Oruc Ombudsmanın hesabatına münasibət bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31