Ombudsman qadınların pensiya yaşının azaldılmasını təklif edib

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilir. "Olaylar" xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edir. Məruzə zamanı bir sıra təkliflər irəli sürülüb. Təkliflərdən biri Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı "Əmək pensiyaları haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi olub. "Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac var", - ombudsman təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31