"Türk Dərin Dövlət'i üçün bu seçkidə prioritet namizəd Ərdoğandır - ÖZƏL
7 Mart 2023 10:29 Siyasət"Türk Dərin Dövlətchr("39")i üçün bu seçkidə prioritet namizəd Ərdoğandır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib.
O bildirib ki, hər vəziyyətdə Türkiyədə gərgin seçkinin olacağı açıq şəkildə görünməkdədir: "Mövcud iqtidar son 20 ildə Türkiyənin həm daxili, həm də xarici siyasətini demək olar ki, yenidən formalaşdırdı. Türkiyə daxilində terrorun, xüsusilə də PKK terrorunun minumuma endirilməsi, regiona yeni açılım siyasətinin gətirilməsi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan Yarımadası, Yaxın Şərq və Şimali Afrikada, Şərqi Aralıq Dənizində möhkəmlənmə, Türk Dövlətlər Təşkilatını qurması, Türkiyənin özünəməxsus müdafiə sənayesini qurması və inkişaf etdirməsi və digər məsələlər Qərb dövlətləri, xüsusilə də ABŞ ilə müzakirə ediləmədən atılan addımlar olduğu üçün Ərdoğan hökuməti onlar üçün arzuolunmaz kimi qəbul edilməyə başlanıldı. Ona görə ki, Qərb dövlətləri mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır".