Müasir Azərbaycan Heydər Əliyevin ideyaları ilə inkişaf edir - ÖZƏL

Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları ilə inkişaf edir. "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Eldar Əsədov deyib ki, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyəti sayəsində gündən-günə daha da inkişaf edir, qüdrətlənir: "Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı, hüquqi, dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndərin tariximizə doğma, təəssübkeş münasibəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31