Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsi Bakıda yad edilib - FOTO
6 Mart 2023 23:10 Siyasət"Qardaş Köməyi" platforması tərəfindən təşkil edilən Bəraət (gecəsi) münasibətilə Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsinə həsr edilmiş xətm proqramı təşkil edilib, ehsan sürfəsi açılıb.
Olaylar.az trend-ə istinadən bildirir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı başda olmaqla, Millət-vəkilləri, dövlət və hökumət nümayəndələri, QHT sədrlərinin istirak etdiyi proqram, Gəncliyə Yardım Fondunda keçirilib.
Tədbir Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimin açılış nitqi ilə başlayıb və o Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsini rəhmətlə anıb, yaralılara şəfalar diləyib.
Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı çıxış edib. Səfir öz çıxışında bu çətin günlərdə iki qardaş dövlət arasındakı birlik və bərabərlikdən danışıb və Qardaş Köməyi Platformasının bütün üzvlərinə dərin təşəkkürünü bildirib.
Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların ruhlarına Qurani-kərim tilavəti edilib, dualar edilib. Daha sonra Azərbaycan İlahiyyat İnstitunun İslamşünaslıq kafedrasının müdiri f.f.d. Əhməd Niyazov "Bəraət gecəsi və onun əhəmiyyəti" mövzusunda çıxış edib.
Sonda "Qardaş Köməyi" platformasının rəhbəri Rəşad Cabirli çıxış edərək Qardaş Köməyi platformasının gördüyü işlərdən danışıb və bütün iştirakçılara öz təşəkkürünü bildirib.











