"Bəyanatın müddəalarına ciddi əməl olunmasının zəruriliyini bir daha təsdiq edirik”
6 Mart 2023 18:51 SiyasətGərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağda erməni separatçıların təxribatını şərh edərkən deyib.
"Biz tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatlar haqqında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9/10 noyabr Bəyanatının müddəalarına ciddi əməl olunmasının zəruriliyini bir daha təsdiq edirik", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31