Ermənilər ərazilərimizdə biomüxtəlifliyə ciddi ziyan vurub - AMEA-nın vitse-prezidenti
6 Mart 2023 11:53 Siyasət30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən ekoloji genosidə məruz qalıb və bu da biomüxtəlifliyə ciddi ziyan vurub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının bu gün Bakıda keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycan həmin ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir.
"Biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir. Biomüxtəlifliyin qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Azərbaycanda çox mühüm qanunlar, qərarlar qəbul olunub", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31