Ermənistanda sistemlər, rejimlər dəyişir, siyasət isə şəraitə uyğun olaraq davam etdirilir - ÖZƏL
6 Mart 2023 10:12 Siyasət"İnsan cəmiyyəti yaranandan bu yana heç bir zaman erməni ünsürü qədər riyakar, saxta, yalançı və sözünü tutmayan ikincisini tanımayıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyadakı uydurma çıxışında ölkəsində olmayan tolerantlıqdan danışması deyilənləri bir daha aydın şəkildə göstərdi. Onun uydurma sözləri tarix və müasir şəraitdəki gerçəkliklə tamamilə ziddiyyət təşkil edir. Bu adam danışarkən tarixə olduğu kimi nəzər yetirsəydi yəqin ki, boğazını belə cırıb-dağıtmaz və tolerantlıq ifadəsini dilinə də gətirməzdi". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Musa Qasılının sözlərinə görə, Ermənistanın baş naziri bilməmiş deyil ki, ermənilərin dərk etdiyi anlamda "tolerantlıq" nə deməkdir. Bu, tarixi Azərbaycan torpaqlarında 1918-1920-ci illərdə sünu şəkildə qurulmuş Daşnak Ermənistanında soyqırımı və terrorun dövlət siyasətinə çevrilməsi, həmin siyasətin nəticəsində azərbaycanlıların, rusların, kürdlərin və digərlərinin qovulması və sayının dəfələrlə azalmasıdır; tarixi, etnomədəni torpaqlarında yaşayan azərbaycanlıların 1920-1991-ci illərdə Ermənistan SSR-dən sıxışdırılması, vəhşicəsinə qaçqına çevrilməsi, Ermənistanın türksüzləşdirilməsi, süni şəkildə erməniləşdirilməsidir; Ermənistan Respublikasında 1991-ci ildən sonra yürüdülən siyasət nəticəsində rusların sayının azalmasıdır; yəhudilərin sıxışdırılması və antisemitizmin tüğyan etməsidir; kürdlərin dalana dirənməsidir və sair. N.Paşinyan göstərdi ki, Ermənistanda sistemlər, rejimlər dəyişir, siyasət isə şəraitə uyğun olaraq davam etdirilir. Onda günah yoxdur. Damarlarında axan qan belədir".