Üçtərəfli bəyanatın yerinə yetirilməməsinin daha bir təsdiqi - ÖZƏL

"Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında olan torpaqlarımızda qanunsuz hay silahlı birləşməsinin martın 5-dəki təxribatı haqqında sözü gedən ölkənin Müdafiə Nazirliyinin hələlik susmağa üstünlük verməsi özlüyündə çox şey deyir. Nazirliyin dünən axşamkı xəbər bülletenində "Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmini, mümkün insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistanın Silahlı  Qüvvələrinin  Baş Qərargahları ilə davamlı əlaqə saxlanılır" cümləsi isə  2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın yerinə yetirilməməsinin daha bir təsdiqidir". "Olaylar" xəbə verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Qarabağdakı Rusiya hərbi kontingentinin yerləşdiyi Azərbaycan torpağında hər hansı insidentin qarşısını almaq üçün Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahıyla əlaqə saxlamamalıdır. Üzərinə düşən öhdəliyi yerinə yetirərək həmən ölkənin  hələ də Qarabağda qalmaqda davam edən ordusunun tör-töküntülərini oradan çıxarmalıdır:"Əgər təkbaşına gücü çatmırsa, bizim ordumuzdan dəstək istəməlidir. Əks təqdirdə nə baş verəcəyi kimsəyə sirr deyil.  Fikirləşmirəm ki, Azərbaycan ordusu  qanunsuz hay  silahlı birləşmələrinin torpaqlarımızda at oynatmalarını indən sonra da görməzdən gəlsin. Əminəm ki, dünən bizim hərbçilərə atəç açaraq iki qəhrəman oğlumuzu şəhid edənlərin cavabları amansızlıqla veriləcək və onların mövqeləri özləri ilə birgə göyə uçurulacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31