Azərbaycan Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir - ÖZƏL

"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz bu səbəbdəndir ki, QH-na üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Tural Məmmədov səsləndirib. Onun sözzlərinə görə,  bu, həm Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, həm də QH üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir: "Bu sammit isə öz növbəsində Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin növbəti bariz göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31