Pandemiya bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi - BMT komissiyasının məsul katibi

Pandemiya bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının məsul katibi Olqa Alqayerova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

"COVID-19 pandemiyası bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi. Birlikdə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilərik. Bu çərçivədə Qoşulmama Hərəkatı bu kimi qlobal məsələlərin müzakirəsi üçün əlaverişli platformadır", - deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31