"Bu cür mühüm görüşü təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirəm"

Bu cür mühüm görüşü təşkil etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edirəm.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqt) Baş Direktoru Antonio Manuel De Carvalho Ferreira Vitorino Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

"Üzləşdiyimiz çətinliklərdən dərs çıxarmalıyıq. Bu, bizim üçün gələcəkdə də bu kimi pandemiyalarla qarşı-qarşıya gəldikdə nələr etməli olduğumuzu göstərəcək. Bu kimi çətinliklərlə mübarizə aparmaq üçün qlobal həmrəylik sərgiləməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti keçirilib. Sammitdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31