Azərbaycana son 4 ildə Qoşulmama Hərəkatına mükəmməl rəhbərlik etdiyinə görə təşəkkür edirik - Qazaxıstan rəsmisi

Azərbaycana son 4 ildə Qoşulmama Hərəkatına mükəmməl rəhbərlik etdiyinə görə təşəkkür edirik.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

"Biz pandemiyanın nəticələrini nəzərə alaraq, inklüziv dünya üçün çalışmalıyıq. Tibbi ləvazimatların olmaması bərabərsizliyi daha da artırdı. Almatıda təsis etdiyimiz BMT Regional Mərkəzi çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələri dəvət edirik. Qazaxıstan nüvə tərksilahına sadiqdir. Biz nüvə ölkələri arasında artan ritorikadan çox narahatıq. Qazaxıstan çoxtərəfli dialoqa və fikir mübadiləsinə sadiqdir.

Bu yaxınlarda yaratdığımız Astana Beynəlxalq Forumu problemlərlə mübarizəyə töhfə verəcək ki, ölkələrin səsi eşidilsin. Yayda Tokayevin sədrliyi ilə 1-ci iclas keçiriləcək, biz bütün ölkələri dəvət edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti keçirilib. Sammitdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31