Qoşulmama Hərəkatı Azərbaycan sayəsində güclü səs toplayıb - Belarus baş nazirinin müavini

Azərbaycanın səyləri sayəsində Qoşulmama Hərəkatı səhiyyə sahəsində qlobal gündəlikdə güclü səs toplayıb.

Trend-in məlumatına görə, bu barədə Belarus baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində çıxışında deyib.

Petrişenko Belarusun Azərbaycanın ölkələr arasında əməkdaşlığın inkişafına sadiqliyini yüksək qiymətləndirdiyini qeyd edib. O, həmçinin, Azərbaycana və Prezident İlham Əliyevə sammitin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Petrişenko bir sıra ölkələrin səhiyyə sahəsində əməkdaşlıq məsələsinə eqoist və qeyri-adekvat yanaşdığını və bunun koronavirus infeksiyasına qarşı uğurlu mübarizə üçün təhlükə olduğunu qeyd edib.

Baş nazirin müavini Belarusun Hərəkata üzv ölkələrlə geniş spektrə malik məsələlər, o cümlədən, səhiyyə üzrə daha sıx əməkdaşlıq qurmağa hazır olduğunu qeyd edib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti keçirilir. Sammitdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31