Prezident İlham Əliyev: Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir

 

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən deyib.

Nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirən dövlətimizin başçısı bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya sahələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyətini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31