"Azadlıq və ədalət" yürüşü adı altında geniş və qlobal hərəkat başladılır - ÖZƏL
2 Mart 2023 13:51 Siyasət"Güney Azərbaycanda bundan sonrakı mərhələ fərqli olacaq, bənzər situasiya gözləməyək".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Güneylilər səfərbər olublar. Faktiki olaraq, istər Güney, istərsə də Quzey Azərbaycanda bu məsələdə ortaq fikir birliyi var ki, artıq Güney Azərbaycan Cümhuriyyəti qurulmalı, müstəqil dövlət kimi elan edilməlidir. Güneylilər, özəlliklə də xarici ölkələrdə olanlar rejimə qarşı mübarizədə qərarlıdırlar, hətta bu gün elan edildi ki, "azadlıq və ədalət" yürüşü adı altında çox geniş və qlobal hərəkat başladılsın. Geniş bir mitinqin keçirilməsi nəzərdə tutulur və onun vaxtı ilə bağlı əlavə məlumat veriləcək. Yəni, güneylilər daha mütəşəkkil bir qaydada mübarizəni davam etdirəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31