İran adlı dövlət darmadağın ediləcək və yerində azad xalqların dövlətləri qurulacaq - ÖZƏL

"Bənzətmə aparmaq istəməzdim, çünki həqiqətən də Güney Azərbaycanda və ümumiyyətlə İran adlanan coğrafiyada baş verən proseslər artıq ciddi şəkildə fərqlənir". 

Olaylar.az xəbər verir ki, bunu siyasi ekspert Azər Həsrət deyib.

"O mənada ki, ötən ilin sentyabr ayından başlayan bu iğtişaşlar, xalq ayaqlanması davam edən bir proses kimi diqqət cəlb edir və ondan savayı, istər güney azərbaycanlılar, istərsə də, bütünlükdə iranlılar xaricdə, yəni, Avropada, Amerikada və başqa ölkələrdə faktiki olaraq İrandakı fars molla rejiminin dəyişdirilməsi, devrilməsi üçün tam olaraq səfərbər ediliblər. Yəni, bu baxımdan düşünürəm ki, fərqli, nadir bir siyasi hərəkata sahiblik edirik və nəticə etibarilə də, ümid etmək istəyirik ki, Güney Azərbaycan Cümhuriyyəti qurulacaq, İran adlı dövlət darmadağın ediləcək və yerində müstəqil, azad xalqların dövlətləri qurulacaq".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31