Qoşulmama Hərəkatının əməkdaşlıq üçün aydın gündəliyi var - Türkmənistan Prezidenti

Qoşulmama Hərəkatının əməkdaşlıq üçün aydın gündəliyi var.

Trend-in məlumatına görə, bunu Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, tibb sahəsində əməkdaşlıq üçün mexanizm nəzərdən keçirilə bilər.

"BMT-nin digər humanitar təşkilatları ilə sıx təmasda olmalıyıq. Özümüzün iqtisadi gündəliyimizi təbliğ etməliyik. Dayanıqlı sülh və stabillik mümkün olduğu halda inkişafa nail ola bilərik",- deyə o əlavə edib.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31