İran öz simasını açıq və həyasızcasına açan ən rəzil ölkədir - ÖZƏL
2 Mart 2023 11:34 Siyasət"İran bütün maraqlı ölkələrin arasında öz simasını açıq və həyasızcasına açan ən rəzil ölkədir. Yaraşdırılan bu qeyri-etik epitetlərin başlıca səbəbi vardır, o da İranın müsəlman dövləti olmasından qaynaqlanır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O qeyd edib ki, Fransa da İrandan geri qalmır: "Amma biz Fransaya deyilən gözlə baxmırıq. Fransanın mövqeyini təbii və ya ironik ifadələrlə qarşılayırıq. İran molla rejimi nəhayət ki, öz üzündəki müsəlman maskasını çıxarıb, maskanın altındakı şeytan cildini bizə göstərdi".
Azər Qasımov deyib ki, İran rejimi gözləmədiyi və hesab etmədiyi bir durumla qarşılaşdı: "Bu, İranı panikaya saldı və qeyri-adekvat hərəkətlər etməyə məcbur etdi. Azərbaycan sərhəddində hərbi təlimlər keçirməkdən tutmuş Ermənistanla açıq yaxınlaşma əlamətləri göstərməyə kimi. Zəngəzur dəhlizinin açılmasına qəti və birmənalı yox deməklə".