Azərbaycanda bütün dinlərin bir arada sülh və əmin-amanlıq şəraitində yaşaması.... - ÖZƏL
2 Mart 2023 11:00 SiyasətƏkrəm Həsənov: "Heydər Əliyevin bünövrəsini qoyduğu proses idi"
"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli mənəvi dəyərlərin cəmiyyətdə formalaşması, İslamın elmi əsaslarla tətqiq edilib öyrənilməsi və yaşanması prosesi hazırda ölkə rəhbərimiz olan İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır". Bu fikirləri "OLAYLAR"-a ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O bildirib ki, bu gün Azərbaycanda bütün dinlərin bir arada sülh və əmin-amanlıq şəraitində yaşaması, dinlərarası dialoqların həyata keçirilməsi, ölkəmizdə olan müxtəlif dinlərin xoşgörü ilə bir arada yaşaması məhz Heydər Əliyevin bünövrəsini qoyduğu proses idi: "Ümummilli liderimiz həqiqətən də digər dinlərə və xüsusi ilə İslam dininə böyük hörmət göstərirdi. Yeni məscidlərin tikintisi, bir çox məscidlərin bərpası, həcc ziyarətinə getməsi onun inanclı, tək Allaha iman etməsinin açıq aşkar sübutudur".