Murad Hüseynov mədəniyyət nazirinin müavini təyin edildi
1 Mart 2023 19:10 SiyasətAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.
Olaylar.az xəbər verir ki, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.
O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31