Bundan sonra Azərbaycan Rusiya sülhməramlıları olmadan da görüşə bilər- ÖZƏL
1 Mart 2023 14:15 Siyasət"Azərbaycan nümayəndələri ilə Xocalıda erməni icması arasında ikinci növbəti görüş keçirilib. Rusiya sülhməramlı qüvvələrinin birbaşa iştirakı ilə bu görüş keçirilib Ötən gün qondarma rejimin rəhbəri Arayik Aratunyan müsbət irəlləyişin olduğunu vurğulamışdı. Ötən həftə də belə bir görüş keçirilib". Bunu "Olaylar"a seyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın R. Vardanyan planı fiaskoya uğradı: "Azərbaycanın məhz tələbi idi ki, erməni icması ilə təmaslarını qursun. Çünki, oradakı ermənilərin reinteqrasiyası mütləqdir. Rusiya iki ildir Azərbaycanın birbaşa təmaslarına mane olur. Amma, proseslər Azərbaycanın lehinə dəyişir. Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərində erməni icması ilə bağlı məsələlər müzakirə edilib. Görünür, Moskva Azərbaycanın şərtlərini qəbul edib. Bundan sonra Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin komandanlığı olmadan görüşə bilər. Bu görüşlərdə Azərbaycanın ilk növbədə tələbi qanunsuz silahlı erməni birləşmələrinin ləğvidir. Bu proses baş tutarsa, separatizm tam iflasa uğrayacaq. Həmçinin Azərbaycan erməni icmasını elektrik və qazla təmin edə bilər. Çünki, Ermənistandan buraya elektirik və qazın verilməsi qanunsuzdur. Azərbaycanın erməni icması ilə təmaslar qurması Ermənistanın Qarabağ məsələsini sülh gündəliyinə salmasının qarşısını alır. Proseslər Azərbaycanın leyhinə işləyir. Qeyd edim ki, silahlı erməni birləşmələrinin ləğvi razılaşdırılacaqsa, Laçın yolunda etiraz aksiyaları sona çata bilər".